Ru
14:00 / 22 Noyabr 2025

Nura Suri: Mən öz telefonumun səs və mesajlarını çıxartmağa hazıram

Nura Suri: Mən öz telefonumun səs və mesajlarını çıxartmağa hazıram
Eye

"Hələ ki gözləyirəm, görüm daha hansı addımlar atılacaq. Deməli, Vüqar Əhməd öz qızını qoruyur və hansısa jurnalistə səs atıb ki, “onların ağsaqqalı mənəm” bu sözdən tutublar guya bizi Vüqar Əhməd öyrədir".

Bakupost.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

İfaçı bildirib ki, o, Vüqar Əhmədlə görüşməyib:

"Verin məhkəməyə. Mən öz telefonomu bütün zəng və mesajlarını da çıxarmağa hazıram, Təranə Mahmudova da, Şəhriyar da sübut edin ki, nə vaxtsa Vuqar Əhmədlə danışmışıq, ya da görüşmüşük. Hər addığınız qərəzli addıma, mən arqumentlərlə və faktlarla cavab verəcəm.

"TikTok"da biri heç bir dəftərdə adı olmayan guya şəhərdə sorğu aparıb soruşub ki, Nura Surini tanıyırsız? Hamı da deyib ki, yox tanımırıq. Bu nə acizlikdir axı siz edirsiz? 1-2 gün də gözləyək, görək daha nə qədər düşüklüklər çıxacaq".

Müğənni bir müddətdir Mədəniyyət Nazirliyi ilə arasında baş verən mübahisələrlə gündəmdədir. Ötən gün isə sosial mediada Vüqar Əhmədin səs yazısı yayılıb. Səsdə qızı tərəfdən çıxış edən Vüqar Əhməd bildirib ki, onların ağsaqqalı mənəm".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar