Ru
11:00 / 13 İyun 2026

O məktəbdə ilk “Son zəng” təkcə onun üçün çalınacaq

O məktəbdə ilk “Son zəng” təkcə onun üçün çalınacaq
Eye

Kəlbəcər rayonunda yerləşən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə bu gün ilk dəfə “Son zəng” çalınacaq.

Bakupost.az xəbər verir ki, bu günün ən diqqətçəkən məqamlarından biri isə məktəbin cəmi bir məzununun olmasıdır.

Azad Kəlbəcərin ilk məzunu olan Nəzrin Atakişiyeva bunun onun üçün böyük qürur mənbəyi olduğunu bildirib.

“Kəlbəcərin ilk və tək məzunu olmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Sinfin yeganə şagirdi olsam da, özümü heç vaxt tək hiss etmədim. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum.

Bu gün təkcə öz uğurumu deyil, Kəlbəcərin dirçəlişini və gələcəyinə olan inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə, bu uğur və ad unudulmayacaq. Mən həm də çox şanslıyam ki, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam”, – deyə o vurğulayıb.

Məzun məktəbdə keçirdiyi bir ili isə belə xarakterizə edib: “Bu bir il mənə doğma yurdumda oxumağın dəyərini və vətən sevgisinin əsl mənasını yaşatdı”.



Şərhlər
  • B.Kolxozdar

    Doğma səfalı məskənlərinə könüllü inan-ürəklə qayıdanlara yüksək uğurlar, xoşbəxt asudə-məhsuldar yaşam-həyat arzu edirəm! Amma, el birliyi, kollektiv tamamlıq olmadan *El bir olsa nəinki, kötüyü-tiri çiyinlərdə daşırar, dağları da yeridən oynadıb, altına tünellər də açar. Sinifdə bircə şagird də, uzaq tünül də ağıllı, rəqəmsal, tam intellekt bol sulu-enerjili daha məhsuldar şəhər, rayon, kəndlərə Böyük Səmərəli qayıdışa təzminat və zəmanətdən siqnal verir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar