Ru
12:30 / 11 Sentyabr 2019

“Ölkədə radikal iqtidar problemi var; Bu da sizin yeni müxalifətiniz”

4604

“Tədbirə iştirakçıları dəvət edəndə ayrı-seçkilik salınmamalıdır”.

Bu sözləri bu gün Park İNN otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada AXP sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, bütün siyasi-ictimai nümayəndələr vaxtında dəvət olunmalı idi: “Bunu müxalifətin daxilində bölücülük kimi qəbul edilməsinin qarşısı alınmalı idi. Azərbaycanda dövlət qeydiyyatından keçmiş bütün partiyalar dəvət olunmalı idi. İştirak etməyənlərin də məsuliyyəti öz üzərində qalsın. Azərbaycanda bir çox problemlər var. İqtidar tərəfindən qaldırılan problemlərdən biri iqtidaryönlü texnoloqların – ölkədə radikal müxalifətin olmasıdır. Mən bu barədə Əli Əhmədovun, Əli Həsənovun çıxışları ilə dəfələrlə qarşılaşmışam. Amma mənim fikrimcə, hazırda ölkədə radikal iqtidar problemi var. İqtidarın müxalifətə, ictimai təşkilatlara qarşı neqativ mənada radikal münasibətindən danışmaq lazımdır. İndi haqqında danışdığınız, söyüş müxalifəti adlandırdığımız problemin kökündə iqtidarın apardığı radikal siyasət dayanıb. Bu görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar.


Bu problemin kökündə uzun illərdən bəri yeni müxalifət yaratmaq təbliğatının aparılması dayanır. Buyurun, bu da sizin yeni müxalifətiniz. Hamını narahat edən, mövcud olan o problemi siz yaratmısız. Yeni müxalifətiniz budur. Milyonlarla vəsait xərcləndi, demokratik institutların, partiyaların ofisləri bağlandı. İqtidar daxilində buna məsuliyyət daşıyan məmurların, YAP daxilindəkilərin də məsələsi müzakirə olunmalıdır. İqtidarda baş verən hadisələri hər bir vətəndaş dəyərləndirmək hüququna malikdir”.


P.Hüseyn bildirdi ki, daha öncə köklü islahatlarla dəyişikliyə layihəsi hazırlayarkən YAP rəsmilərini, Əli Əhmədovu, Siyavuş Novruzovu, Aydın Mirzəzadəni dəvət ediblər: “Əvəzində sıfır reaksiya adıq. Təklif etdik YAP qərargahına gəlib, müzakirə edib, araşdıraq. Etinasızlıq göstərildi. Nəticəsi onların apardığı siyasətin zərərinə oldu. Azad sözü onların üzünə bağlayacaqsız? Onlar da bir vasitə tapacaqlar. Qapıları alternativ fikirlərin üzünə açmaq lazımdır. Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməlidir. Bunlar siyasi islahatlarla dərinləşdiriməsi, heç bir effetk verilməyəcək”.


Pənah Hüseynin ittihamlarına cavab olaraq, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bunları deyib:
"Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət etmişəm. Burada ölkədə qanuni fəaliyyət göstərən siyasi qurumlar dəvət olunublar. Onların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərdik. Təkcə Əli Kərimlini dəvət etməmişəm”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər