Ru
17:05 / 03 Dekabr 2025

Ölüxanaya aparılan qadın dirildi, amma...

Ölüxanaya aparılan qadın dirildi, amma...
Eye

İngiltərənin Darlinqton şəhərində 54 yaşlı Olive Martin evində huşunu itirərək yıxılıb. Polis və təcili tibbi yardım əməkdaşları onu ölmüş hesab edərək birbaşa şəhər xəstəxanasının ölüxanasına aparıblar. Lakin həkimlər Martinin hələ də yaşadığını müəyyən ediblər.

Bakupost.az “The Metro” nəşrinə istinadən xəbər verir ki, qadın həyat əlamətləri göstərsə də, təxminən iki saat ərzində tibbi yardım almaması nəticəsində oksigensiz qalıb və qısa müddət sonra vəfat edib.

Qadının ailə üzvü Tom Barclay Semple prosesdə ciddi səhlənkarlıq olduğunu bildirib: “Əgər Olive dərhal xəstəxanaya aparılsaydı, nəticə fərqli ola bilərdimi?”

Hadisə ilə bağlı Şimal-Şərq Təcili Tibbi Yardım Xidməti üzr istəyib və geniş araşdırma aparıldığını açıqlayıb. Şəhər polisi isə araşdırmanı tamamlayaraq heç bir ittiham irəli sürməyib.

Olive Martinin ölümü təcili yardım protokolları və ölümün təsdiqi prosedurlarını yenidən gündəmə gətirib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar