Ru
21:01 / 19 Avqust 2025

DÜZ 21 İL SONRA şəhid oğlunun dəfn olunduğu gün vəfat etdi: "Anamın qucağında gözlərini yumdu"

DÜZ 21 İL SONRA şəhid oğlunun dəfn olunduğu gün vəfat etdi: "Anamın qucağında gözlərini yumdu"
Eye

Yardımlı rayonunun Anzov kənd sakini, şəhid Seymur Bəbirovun atası Bədirxan Bəbirov vəfat edib.

Şəhidin bacısı oğlu Şükür Məmmədli Bakupost.az-a açıqlamasında bildirib ki, o, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

"5 gün əvvəl onun xəstəliyi ilə əlaqədar Yardımlıya getmişdik. Anam görsün deyə... Qəfil vəziyyəti pisləşdi. Anamın qucağında da həyatını itirdi. İnfark olmuşdu. Ürəyi dözmədi..." ,- Şükür Məmmədli əlavə edib.

O bildirib ki, dayısı 1998-ci ildə döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Onun nəşinin qalıqları isə 2004-cü ildə tapılaraq avqustun 19-u ailəsi tərəfindən dəfn edilib. Bədirxan Bəbirov da düz 21 il sonra – 2025-ci il avqustun 19-da vəfat edib.

"Tale elə gətirdi ki, babamın ömrü dayımın ölüm tarixi bağlandı. Həsrət içində dünyadan köçdü, amma qürurla...Bizə ən böyük mirası da Vətən sevgisi və şəhid ailəsi olmağın şərəfi oldu".

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar