İran silahlı qüvvələri ən yüksək döyüş hazırlığı vəziyyətindədir və ABŞ ilə İsrailin hər hansı bir hücumuna qətiyyətlə cavab verməyə hazırdır.
Bakupost.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani bəyan edib.
O bildirib ki, Sepah və quru qoşunlarının 400 bölməsi tam döyüş hazırlığı vəziyyətindədir. "Əgər hər hansı bir təcavüz baş versə, onlar İsrailə cavab verəcəklər",- Qurbani vurğulayıb.