Öskürək tez-tez tənəffüs yollarında qıcıqlanma və ya infeksiya səbəbindən yaranır.
Bundan başqa allergiya, siqaret, hava çirkliliyi, qrip və astmadan da ola bilər.
Şiddətli və ya uzun müddət davam edən öskürək zamanı həkimə müraciət etmək vacibdir.
Bakupost.az öskürəyi dayandırmağın təbii yollarını təqdim edir:
Bal və limon suyu qarışımı
Öskürəyi aradan qaldırmaq üçün tərkibində bal, limon suyu və ilıq su olan qarışımı sınaya bilərsiniz. Bu qarışım öskürəyi dayandırmağa kömək edəcək.
Zəncəfil çayı
Zəncəfil çayı da öskürəyi aradan qaldırmaqda faydalıdır. Təzə zəncəfil dilimlərini qaynar suya əlavə edib içə bilərsiniz.
Nanə çayı
Öskürəyi dayandırmağın başqa bir üsulu nanə çayı içməkdir. Nanə öskürəyi sakitləşdirəcək və tənəffüs yollarını rahatlaşdıracaq.
Bal və darçın qarışımı
Bal, darçın və isti su olan qarışım da öskürəyi aradan qaldırmağa kömək edə bilər. Lakin xroniki və ya şiddətli öskürək hallarında mütləq mütəxəssisə müraciət etməlisiniz.
Kokos yağı, bal və sarıkök qarışığı
Kokos yağı, bal və sarıkök qarışımı da öskürəyi aradan qaldırmağa kömək edə bilər.
Sarımsaq, bal və limon qarışımı
Əzilmiş sarımsaq, bal və limon qarışımı da öskürəyi dayandırmağa kömək edir.
Aygün
BakuPost