Ru
02:09 / 12 İyul 2022

Özünü yandıran qazi vəfat etdi

10694

İyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran Vətən Müharibəsinin iştirakçısı Elvin Cəfərovun vəfat etməsi xəbəri yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə ictimai fəal Elyar İsmayıloğlu özünün feysbuk hesabında yazıb. Bildirib ki, qazimiz müalicə olundiğu Yanıq Mərkəzin dünyasını dəyişib:


“Dünən özünü yandıran “Mauqli” ləqəbli qazimiz Elvin Cəfərov az əvvəl 5 nömrəli xəstəxanadadünyasını dəyişdi.
Məlumatı qardaşı Elnur Cəfərov verdi”.


Məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur.

***
02:30
Qazimizin cənazəsi ailə üzvlərinə təhvil verilib.

Dəfn edilmək üçün Sabirabad rayonuna yola salınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər