Seçkilərdə qələbədən sonra Ermənistan baş naziri Nikol Paşinyan və komandası Avropaya inteqrasiya istiqamətində ilk addımları atmağa başlayır.
Belə ki, baş nazir Nikol Paşinyan artıq rəhbəri olduğu Mülki Müqavilə Partiyasının Avropanın ən böyük mərkəz-sağ partiyalar koalisiyası olan Avropa Xalq Partiyasına (AXP) qoşulmaq niyyətini açıqlayıb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, hələlik bununla bağlı yekun qərar verilməyib, lakin məsələyə bu il ərzində baxıla bilər.
Qeyd edək ki Mülki Müqavilə səslərin 49,81 faizini toplayaraq 7 iyunda keçirilən parlament seçkilərində qalib gəlib.
Rüfət Sultan, BakuPost