Ru
12:00 / 21 Fevral 2026

Pərviz Bülbülə metroya mindi - Tənqid olundu - VİDEO

Pərviz Bülbülə metroya mindi - Tənqid olundu -  VİDEO
Eye

Müğənni Pərviz Bülbülənin metrodan paylaşdığı video sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Bakupost.az xəbər verir ki, ifaçının ictimai nəqliyyatda çəkdiyi kadrlar qısa müddətdə geniş yayılıb.

Görüntülərdə sənətçinin metroya maska ilə mindiyi diqqət çəkib. Məhz bu detal izləyicilər arasında fikir ayrılığı yaradıb. Bəzi istifadəçilər onun sadə şəkildə ictimai nəqliyyatdan istifadə etməsini təqdir edərək bunu təvazökarlıq nümunəsi kimi qiymətləndiriblər.

Digər tərəfdən, maskadan istifadə etməsi bəziləri tərəfindən "tanınmamaq istəyi" və ya "ulduz kaprizi" kimi şərh olunub. Sosial mediada bunun özündənrazılıq kimi qəbul edənlər də olub.

Paylaşım ətrafında müzakirələr davam edir. Sözügedən kadrlar izləyicilərin fərqli reaksiyalarına səbəb olub.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar