İran Prezidenti Məsud Pezeşkian sentyabrın 23-də BMT-nin illik toplantısında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
Bakupost.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bununla bağlı, Prezident Aparatının Əlaqələr və informasiya məsələləri üzrə müavini Mehdi Təbatəbai məlumat verib.
Onun sözlərinə görə, prezidentin səfər çərçivəsində ABŞ rəsmiləri ilə görüşüb-görüşməyəcəyi barədə dəqiq qərar yoxdur:
"Düşünürəm ki, prezidentin BMT-yə səfəri sentyabrın 23-də baş tutacaq. Lakin istər ölkədə, istərsə də diplomatiya sahəsində proseslərin tempi çox sürətlidir, buna görə də bu suala dəqiq cavab verə bilmirəm", - deyə M.Təbatəbai bildirib.
M.Təbatəbai əlavə edib ki, M.Pezeşkianın Avropa liderləri ilə görüş keçirməsi gözlənilir və bu məsələdə heç bir məhdudiyyət yoxdur.