İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Belarusa gözlənilən səfəri öncəsi gündəliklə bağlı açıqlama verib.
Bakupost.az xəbər verir ki, Pezeşkian Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirə aparılacağını bildirib:
“Ermənistana səfərimiz zamanı Şimal-Cənub dəhlizini müzakirə edəcəyik. Şərq-Qərb marşrutu isə Şərqdən Qərbə ticarət yolunu genişləndirmək baxımından bizim üçün yaxşı platformadır”.
İran prezidenti ABŞ şirkətlərinin bölgədə iştirakı ilə bağlı narahatlıqlara toxunaraq qeyd edib ki, bu məsələ də gündəlikdə olacaq:
“Əsas narahatlıq Amerika şirkətlərinin regionda olmasıdır. Çünki onlar çox vaxt şirkət adı ilə gəlir, lakin fərqli fəaliyyət göstərirlər. Bu narahatlıqlar barədə də müzakirələr aparılacaq”.
Aysel,
BakuPost