Ru
11:11 / 09 İyul 2026

Pezeşkian erməni dilində paylaşım etdi - FOTO

Pezeşkian erməni dilində paylaşım etdi - FOTO
Eye

İran Prezidenti Məsud Pezeşkina “X” səhifəsində erməni dilində mesaj paylaşıb.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, Pezeşkian Ermənistanın Baş nazir Nikol Paşinyana Əli Xameneinin dəfn mərasimində iştirak etdiyinə görə təşəkkür edib.

Pezeşkian Ermənistan nümayəndə heyətinin səfərini xoşməramlılığın təzahürü adlandırıb və əlavə edib ki, İran tərəfi bunu heç vaxt unutmayacaq.

"Ruhani liderimiz həmişə Ermənistanla münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və onu dürüst qonşu adlandırıb", - Pezeşkian yazıb.

O, iki ölkə və xalqlar arasında sıx münasibətlərin daha da inkişaf etdirilməsinə ümid edir və inanır ki, bu münasibətlər həmişə qarşılıqlı maraqlara, hörmətə və mehriban qonşuluğa əsaslanıb.

İranın keçmiş ali lideri Əli Xamenei ilə vida mərasimləri iyulun 3-dən 9-dək Tehranda keçirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar