İran Prezidenti Məsud Pezeşkian yaxın 2 həftə ərzində Ermənistana rəsmi səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Arakçı məlumat yayıb.
XİN başçısı bildirib ki, Pezeşkianın Çinə də rəsmi səfəri gözlənilir.
Nazir eyni zamanda xatırladıb ki, İran prezidenti bundan əvvəl İraq, Pakistan, Azərbaycan, Qətərə səfər edib.