Ru
11:03 / 07 Avqust 2025

Rusiyadan miqrantlar əleyhinə daha bir QƏRAR

Rusiyadan miqrantlar əleyhinə daha bir QƏRAR
Eye

Rusiya məktəblərində miqrant uşaqların pullu təhsil alması ölkə konstitusiyasına ziddir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhsil Nazirliyinin rəsmisi Aleksandr Reut bildirib.

"Konstitusiyamıza görə, bütün Rusiya vətəndaşları və xarici vətəndaşlar təhsil hüququ ilə təmin olunur. Bu, Rusiya Federasiyasının ərazisində olan bütün insanlar üçün ümumi hüquqdur. Ümumi təhsil və, orta professional təhsil ödənişsizdir, ali təhsil müəssisələrində oxumaq isə müsabiqə əsasında ödənişsizdir", - o deyib.

Bundan əvvəl Dövlət Dumasının Əmək Komitəsinin sədri Yaroslav Nilov bildirmişdi ki, deputatlar miqrant uşaqların məktəblərdə pulsuz təhsil almasına qadağa haqqında yenilənmiş fraksiyalararası qanun layihəsini Parlament Palatasına təqdim etməyə hazırlaşırlar.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar