Ru
11:30 / 07 Avqust 2025

Şəmkirdəki qəzada xəsarət alanların son durumu - YENİLƏNİB

Şəmkirdəki qəzada xəsarət alanların son durumu  - YENİLƏNİB
Eye

Xəbər verdiyimiz kimi, bu gün Şəmkir rayonunda baş vermiş ağır yol qəzasında 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, TƏBİB-dən xəsarət alanların hazırkı vəziyyəti ilə bağlı məlumat verilib.

Bildirilib ki, səhər saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:

“Yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir”.

Qeyd edək ki, Qəza “Mercedes Sprinter” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb


******
9:47
Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.

Bakupost.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KAMaz" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı, eləcə də həlak olan və yaralananların adları məlum olub.

Bakupost.az xəbər verir ki, Bakıdan Şəmkir istiqamətində sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobus "KamAZ" markalı yük maşınının qoşqusu ilə toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar, müvafiq araşdırmalar davam etdirilir.

Qəza nəticəsində həlak olanların adları:

- 1992-ci il təvəllüdlü Bayramov Şadət;

- Bəsti Nəbiyeva (1975);

- Aydın Pənahov (1977);

- Qızxanım Tomayeva (1962);

- Kənan Məmmədov (2008);

- Fəxriyyə Novruzova (1978);

- Bağırov Arif (1966).

Xəsarət alanlar:

- Şahniyar Pənahova (1975);

- Kamran Məmmədov (1969);

- Nərmin Əliyeva (2004);

- Məcid Qəribov (1995);

- Bəkinaz Gözəlova (1970).

***

Şəmkirdə ağır yol qəzası baş verib.

Bakupost.az "Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar