Qazaxıstan hakimiyyəti bir neçə aydan sonra AZAL-a məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında məlumat verib.
“Təhlil mərhələsi (istintaq) başa çatır, yekun hesabatın hazırlanması mərhələsinə keçirik. Düşünürəm ki, səbrli olmaq lazımdır, bir neçə aydan sonra yekun hesabat təqdim olunacaq”, - deyə Bozumbayev AZAL təyyarəsinin qəzası ilə bağlı sualı cavablandırarkən bildirib.
Lalə, BakuPost