Rusiya Prezidenti Vladimir Putin avqustun sonunda Hindistana səfər edəcək.
Bakupost.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval bildirib.
"Hazırda biz çox yaxşı münasibətlər qurmuşuq, ölkələrimiz arasında strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Bundan əlavə, yüksək səviyyədə qarşılıqlı əlaqə saxlayırıq. Rusiya Prezidenti Vladimir Putinin avqustun sonuna ölkəmizə planlaşdırılan səfəri barədə məlumat almağımıza şad olduq", - o qeyd edib.
Bizim Telegram kanalımıza abunə olun