Ru
17:15 / 07 Avqust 2025

"Təzəpir" məscidi ilə bağlı rəsmi AÇIQLAMA

"Təzəpir" məscidi ilə bağlı rəsmi AÇIQLAMA
Eye

Hazırda "Təzəpir" məscidi ətrafındakı aparılan yenidənqurma işləri çərçivəsində tarix və mədəniyyət (memarlıq) abidələri qorunur.

Bakupost.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.

Onun sözlərinə görə, layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur:

"Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar