Çində "Çikungunya" adlı virus sürətlə yayılmaqdadır. COVID-19 pandemiyası dövründə tətbiq edilən bəzi məhdudiyyətlər artıq geri qayıdıb.
Bakupost.az xəbər verir ki, hazırda 10 mindən çox yoluxma faktı qeydə alınıb və sakinlər tibbi maska taxmağa başlayıblar.
"Çikungunya" virusunun simptomları arasında temperaturun 40 dərəcəyə qədər yüksəlməsi, baş ağrısı, əzələ və oynaq ağrıları, ürəkbulanma, zəiflik, səpgilər müşahidə olunur.
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu virus əslində yeni deyil:
"Çikungunya virusunun indiyə qədər bir neçə ocağı olub və sonradan söndürülüb. Hərçənd böyük epidemiyalar baş verməyib, amma xeyli yoluxma halları qeydə alınıb. Xəstəlik əsasən boyun ağrıları ilə başlayır. Burun tutulması, boğazda yanma, halsızlıq, gözlərin yaşarması və kəskin temperatur artımı ilə müşayiət olunur”.
Professorun sözlərinə görə, virusun qlobal miqyasda ciddi təhlükə yaratması ehtimalı azdır:
"Amma nəzərə alsaq ki, COVID-19 hələ də tam bitməyib və bəzi yerlərdə ocaqları qalır, bu baxımdan situasiyanın ciddiliyindən danışmaq olar”.