Ru
10:41 / 07 Avqust 2025

Vaşinqton görüşü: Yekun sülh mümkündürmü?

Vaşinqton görüşü: Yekun sülh mümkündürmü?
Eye

“ABŞ-də Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəlməsi ciddi hadisədir. Düşünürəm ki, Vaşinqton görüşləri həm ikitərəfli qaydada Azərbaycan-ABŞ vəErmənistan-ABŞ münasibətlərinin inkişafı üçün, həm də Azərbaycan-Ermənistan normallaşmasının irəliyə aparılması üçün mühüm bir mərhələ kimi qəbul oluna bilər”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Oktay Qasımov Azərbaycan, Ermənistan və Amerika liderlərinin Vaşinqtonda baş tutması gözlənilən görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu görüşdə irəliyə doğru ciddi addımların atılacağı gözlənilsə də, yekun sülh müqaviləsinin imzalanması real görünmür:

“Çünki yekun sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın məlum iki şərti var. Bunlar həyata keçməyincə, yekun sülh müqaviləsinin imzalanması real deyil. Amma razılaşdırılmış sülh müqaviləsinin mətni ətrafında müzakirələr aparılıbsa, orada sənədin paraflanması ilə bağlı bir imzalanma ola bilər. Və yaxud hansısa bir memorandum imzalana bilər. Bu, yekun sülh müqaviləsi yox, aşağı səviyyədə hansısa bir sənəd ola bilər. Amma bütün hallarda düşünürəm ki, bu, önəmli bir görüş olacaq”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar