Son vaxtlar müxtəlif yerli müğənnilərin konsert və açılış tədbirlərində onları xeyli sayda polis əməkdaşı müşayiət edir.
Polisin müğənnilərin mühafizəsinə cəlb edilməsi nə ilə əlaqədardır?
Mövzu ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev ilə əlaqə saxladıq.
Elşad Hacıyev Bakupost.az -a açıqlamasında bildirib ki, kütləvi tədbirlərdə zəruri olduqda mühafizə təşkil olunur.
Onun sözlərinə görə, bu məsələdə hər hansı müğənni ilə bağlı istisna yoxdur:
“Konsertlərdə və xüsusi tədbirlərdə hər zaman vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görülür. Tədbir keçirilən kütləvi arenaların müvafiq müraciəti əsasında həmin ərazilərə polis qüvvələri cəlb olunur. Bununla tamaşaçıların və çıxış edən şəxslərin təhlükəsizliyi təmin olunur”.
Əfsanə Rəcəb
BakuPost