Ru
17:41 / 27 Dekabr 2018

“Port Baku”da yanğın - YENİLƏNİB

“Port Baku”da yanğın -  YENİLƏNİB
Eye

 

Fövqəladə Hallar Nazirliyi "Port Baku”da baş verən yanğınla bağlı məlumat yayıb.



Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda yerləşən "Port Baku” yaşayış kompleksindəki mənzildə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.



***



"Port Baku Residence” yüksəkmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib. 



Yanğın baş verən mərtəbədə təhlükə ilə üzləşən vətəndaşlar xilas edilib.



Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.





***

 


"Port Baku Residence” yüksəkmərtəbəli yaşayış binasında yanğın olub.



BakuPost "Report”a istinadən xəbər verir ki, əraziyə bir neçə yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar