Ru
11:05 / 21 İyul 2026

Prezident seçkilərin ləğv olunduğunu elan etdi

Prezident seçkilərin ləğv olunduğunu elan etdi
Eye

Nikaraqua Prezidenti Daniel Ortega ölkədə bundan sonra seçkilərin keçirilməyəcəyini açıqlayıb.

“Bakupost” “Reuters”ə istinadla xəbər verir ki, o müxalifətin seçki yolu ilə hakimiyyətə gəlməsinə artıq imkan verilməyəcəyini bildirib.

Ortega çıxışında ABŞ-nin dəstəklədiyini iddia etdiyi siyasi qüvvələrin bir daha hakimiyyətə qayıtmasına icazə verməyəcəyini deyib. Ancaq seçkilərin hansı qaydada ləğv ediləcəyini açıqlamayıb.

Qeyd edək ki, Nikaraquada son prezident seçkiləri 2021-ci ildə keçirilib. Həmin seçkilərdən əvvəl bir çox müxalif siyasətçi həbs olunmuşdu və seçkilər beynəlxalq təşkilatlar tərəfindən azad və ədalətli hesab edilməmişdi.

Xanım Səbuhi,
BakuPost

Şərhlər
  • B.Süni Zəka

    1987-1992ci illərdən daha çox 2ci və 3cü tərəflərə satın-peşkəş (anti-konst. hüquqi) sövdalar müdhiş-beynəlxalq *Plyuralist Demokrat* sövdələşmə, ya tam tərsi kimi təqdim edilir? Müstəqil Konstitusion dövlətin seçgi, ərazi bütövlüyü, yolları və d/hüquqlarının istər Ağ Ev, istər Kreml, ya digər Süpür-güclərə nə dəxli, nə dəhlizi? Tarixən, rəsmən ərazi və maddi varlığı KİMə aiddir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar