Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, “Ermitaj” muzeyində keçirilən görüş Sankt-Peterburqda MDB dövlət başçılarının bugünkü qeyri-rəsmi Zirvə toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, tərəflər görüş zamanı regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.