Ru
20:34 / 31 İyul 2025

Putin Suriyanın XİN başçısı ilə görüşdü

Putin Suriyanın XİN başçısı ilə görüşdü
Eye

Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Daha əvvəl Əş-Şibani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. “Syria TV”nin verdiyi məlumata görə, Moskvaya ilk dəfə rəsmi səfərə gələn Suriya nümayəndə heyətinin tərkibinə müdafiə naziri Murhaf Əbu Qəsra, kəşfiyyat rəhbəri Hüseyn Sələmə, xarici işlər nazirinin müşaviri İbrahim əl-Olabi və XİN dəftərxanasının rəhbəri Muhsen Mahbaş daxildir.

Nümayəndə heyəti Rusiyanın müdafiə naziri Andrey Belousov ilə də görüş keçirib, görüş zamanı tərəflər bir sıra hərbi məsələləri müzakirə ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar