Ru
14:42 / 25 İyul 2025

Putin Şuşa Forumuna necə qəzəblənibsə... - ŞƏRH

Putin Şuşa Forumuna necə qəzəblənibsə... - ŞƏRH
Eye

“Mixail Qusmanın Rusiyanın TASS dövlət xəbər agentliyinin baş direktorunun müavini vəzifəsindən çıxarılması Moskvanın Bakıya qəzəbinin açıq ifadəsidir. Şuşa Qlobal Media Forumundan geri qayıdan kimi Kreml Qusmanı işdən çıxarıb”.

Bakupost.az xəbər verir ki, bu sözləri media eksperti Rəşid Hacılı deyib.

“Bu il Xankəndidə keçirilmiş bu tədbir Şuşa Forumu adlanır. Şuşa işğaldan azad ediləndən sonra 3-cü ildir keçirilir. Bu forum faktiki olaraq Azərbaycan rəhbərliyinin dünyanın fərqli ölkələrinin jurnalistləri ilə geniş görüş törənidir.
Şuşada keçirilməsi xüsusi önəm daşıyır. Bunu 44 günlük savaşdan sonrakı Qarabağın tam azadlığı və yeni geopolitik məqsədlər uğrunda diplomatik mübarizənin bir parçası da saymaq olar. Hər il Azərbaycanın bölgə və qlobal siyasəti ilə bağlı çox vacib mesajlar da burada verilir.

Builki forumun top mövzuları Rusiya ilə gərilmiş münasibətlər, bu fonda Kremli özündən çıxaran Ukrayna jurnalistlərinin iştirakı və suallar verməsi oldu. Putin necə qəzəblənibsə, forumda iştirak etmiş Mixail Qusmanı geri qayıdan kimi işdən çıxarıb. Adi siyasi-diplomatik etika xatirinə bir müddət gözləyə, bu qərarın onun Şuşa forumunda iştirakı ilə bağlı olmadığını pərdələyə bilərdi. Amma buna gücü çatmayıb, ya da qarın ağrısı üzünə çıxıb".

Aysel, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar