Ru
11:46 / 06 Oktyabr 2017

Qanunsuz ağac kəsənlər 8100 manat cərimə olundu

Qanunsuz ağac kəsənlər 8100 manat cərimə olundu
Eye

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.



Nazirliyin mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı rayonun Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaş kök üstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub.



Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.



Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.

 







Qanunsuz ağac kəsənlər 8100 manat cərimə olundu
Qanunsuz ağac kəsənlər 8100 manat cərimə olundu
Qanunsuz ağac kəsənlər 8100 manat cərimə olundu
Qanunsuz ağac kəsənlər 8100 manat cərimə olundu
Qanunsuz ağac kəsənlər 8100 manat cərimə olundu
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar