Ru
14:40 / 06 İyul 2026

“Qarabağ” Duranı yola salır - 6,8 milyon alacaq

“Qarabağ” Duranı yola salır - 6,8 milyon alacaq
Eye

Şotlandiyanın "Seltik” klubu "Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır.

"Bakupost" Qaynarinfo.az-a istinadla xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərini razılaşdırmaq üzrədir.

İddialara əsasən, transfer üçün "Seltik”in təxminən 3 milyon funt-sterlinq (6,8 milyon manat) ödəyəcəyi gözlənilir.

Məlumata görə, keçid baş tutarsa, Kamilo Duran bu yay "Seltik”in heyətinə qatdığı ikinci futbolçu olacaq. İlk transfer isə təcrübəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlend olub.

Qeyd edək ki, daha əvvəl də Duranın “Seltik”in transfer gündəmində yer alması ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, Ağdam klubu Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın "Portimonense” komandasında çıxış edərkən 200 min funt sterlinqdən də aşağı məbləğə heyətinə qatmışdı. Transfer bu məbləğə baş tutacağı təqdirdə, Azərbaycan çempionu futbolçunun satışından təxminən 15 qat artıq gəlir əldə etmiş olacaq. 24 yaşlı forvard ötən mövsüm UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 dəfə fərqlənərək Avropa klublarının diqqətini üzərinə çəkib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar