Macarıstanın “Zalaeqerseq” klubunun futbolçusu Bence Varkonyi karyerasını Azərbaycanda davam etdirəcək.
Bakupost.az Bakivaxti.az-a istinadla xəbər verir ki, bu barədə belçikalı insayder Saşa Tavolyeri məlumat yayıb.
Bildirilib ki, klubu ilə gələn ilin yayına qədər müqaviləsi olan 24 yaşlı mərkəz müdafiəçisi təxminən 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunub.
Tərəflər arasında 3 illik müqavilənin imzalanacağı gözlənilir. Bununla Varkonyi ilk dəfə legioner həyatı yaşayacaq.
Qeyd edək ki, Macarıstanın U-21 millisinin sabiq üzvü ölkəsində MTK klubunun yetirməsidir. Varkonyi 2023-cü ildən bəri “Zalaeqerseq” formasını geyinir.