Ru
13:18 / 25 Avqust 2025

"Qarabağ"ın oyununa təyinat alan hakim əvvəlllər millimizin uduzduğu matçı idarə edib

"Qarabağ"ın oyununa təyinat alan hakim əvvəlllər millimizin uduzduğu matçı idarə edib
Eye

"Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunununa təyinat alan Kleman Tyurpen daha əvvəl bir dəfə Azərbaycan komandasının görüşünü idarə edib.

Bakupost.az xəbər verir ki, bu, yığmanın 2016-cı ildə səfərdə Şimali İrlandiyaya qarşı keçirdiyi matça təsadüf edib.

Ədalət təmsilçisi həmin vaxt DÇ-2018-in seçmə mərhələ görüşündə iş başında olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

43 yaşlı hakim 2010-cu ildən beynəlxalq görüşlərə təyinat alır. O, 2016, 2021 və 2024-cü ildə keçirilmiş Avropa çempionatlarında, 2018 və 2022-ci illərdəki mundiallarda, 2014-cü ildən bu vaxtadək isə UEFA Çempionlar Liqasının qrup mərhələsinin (hazırda Liqa mərhələsi) oyunlarını idarə edib.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar