Ru
17:58 / 25 Avqust 2025

"Sədərək"dəki yanğınla bağlı sığorta şirkətlərinə müraciət edən olmayıb

"Sədərək"dəki yanğınla bağlı sığorta şirkətlərinə müraciət edən olmayıb
Eye

Bakının Qaradağ rayonundakı "Sədərək” ticarət mərkəzinin icarəyə verdiyi anbarda baş verən şiddətli yanğınla əlaqədar ölkədəki 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, bu günə qədər yanğınla bağlı sığorta şirkətlərinə əmlak sahiblərindən hər hansı müraciət daxil olmayıb.

"Bu kimi hadisələrin nəticəsində yaranan zərərlər daşınmaz əmlakın icbari sığortası, əmlakın yanğından və digər risklərdən könüllü sığortası, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları vasitəsilə əvvəlcədən təminat altına alına bilər.

Xüsusilə iri ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı, qarşısıalınma tədbirləri görülməli və mümkün risklərin azaldılması üçün preventiv addımlar atılmalıdır", - deyə məlumatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar