Ru
09:27 / 20 Dekabr 2025

Qazaxda avtomobil divara çırpıldı – Ölən və yaralanan var

Qazaxda avtomobil divara çırpıldı – Ölən və yaralanan var
Eye

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib. Xəsarət alan 1996-cı il təvəllüdlü M.Vələdov isə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar