Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.
Bildirilib ki, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya ordu sıralarından daxil olduğu döyüşdə həyatını itirib. O, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki “Axmat Sever” hərbi birləşməsində döyüşürmüş.
Bundan başqa, Rusiya tərəfdən müharibəyə qoşulmuş iki həmyerlimizin də itkin düşməsi məlum olub. Belə ki, Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov Ukraynanın Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak edəndən sonra itkin düşüb. Xeyli vaxtdır onun taleyi barədə məlumat almaq mümkün olmayıb.
Həmçinin Lənkəran rayonu Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov da 4 aya yaxındır Rusiya-Ukrayna cəbhəsində itkin düşüb.
Xatırladaq ki, son bir həftədə Rusiya cəbhəsində döyüşən Xaçmaz rayon sakini Rafiq Məmmədov və 44 günlük Vətən müharibəsində iştirakçısı, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Qafur Həsənov da həlak olub.
Qeyd edək ki, indiyə qədər ən azı 60 azərbaycanlı isə Ukrayna ordusunun sıralarında döyüşərkən həlak olub.
ELNUR MİRİSMAYILZADƏ
ANAR CABBAROV

BƏHLUL ABBASOV