Ru
14:23 / 29 Yanvar 2020

Qazaxıstandan Bakıya uçan təyyarə geri dönməli oldu

Qazaxıstandan Bakıya uçan təyyarə geri dönməli oldu
Eye

Qazaxıstana məxsus “Air Astana” aviaşirkətinin Nur-Sultan – Bakı reysi ilə uçan təyyarəsi Bakıya çatmamış geri dönməli olub.

Bu barədə aviaşirkət məlumat yayıb.

Qeyd olunub ki, bu, koronavirusla əlaqəli deyil və təyyarənin geri dönməsinə texniki nasazlıq səbəb olub:

“Nur-Sultan – Bakı reysi ilə uçuş həyata keçirən təyyarə qanadın buzlanmasının qarşısının alınması sistemindəki qüsurla əlaqədar geri, Nur-Sultana qayıtmalı olub”.

Şirkətdən onu da bildiriblər ki, eniş adi rejimdə baş tutub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar