Ru
18:46 / 27 Oktyabr 2025

Qırıcılarımız Bakı səmasında… - VİDEO

Qırıcılarımız Bakı səmasında… - VİDEO
Eye

Bakıda 8 Noyabr Zəfər Günü münasibətilə keçiriləcək hərbi parada hazırlıqlar davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib. Bakı səmasında bir neçə “JF-17” qırıcı təyyarəsi də görülüb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr Sərəncamına əsasən, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar