Ru
18:04 / 27 Oktyabr 2025

Ermənistan Fransanı Hindistana dəyişir

Ermənistan Fransanı Hindistana dəyişir
Eye

Azərbaycanın hava donanmasını yeniləməsi Ermənistanı narahat edib. Pakistandan 4,6 milyard dollarlıq müqavilə çərçivəsində 40 ədəd “JF-17C Block III Thunder” qırıcılarının alınması barədə razılaşma İrəvanı hərəkətə gətirib. Bakı-İslamabad münasibətlərinə qarşı Yeni Dehli ilə əlaqələri gücləndirərən İrəvan Hindistandan “Sukhoi Su-30MKI” qırıcılarını əldə etməyi planlaşdırır.

Hindistan istehsalı olan “Su-30MKI”lər həm qiymət, həm də siyasi müttəfiqlik baxımından Ermənistan üçün daha münasib hesab olunur.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan ilkin mərhələdə 8–12 ədəd “Sukhoi Su-30MKI” almağı nəzərdən keçirir.

2024-cü ildən bəri Hindistan istehsalı olan “Akash-1S” hava hücumundan müdafiə sistemi artıq Ermənistanın arsenalına daxil edilib və yaxın vaxtlarda ikinci partiyanın göndəriləcəyi gözlənilir.
2025-ci ilin martında Ermənistanın xarici işlər naziri Hindistana səfər edərək tibbi məhsulların tənzimlənməsi və diplomatik təlim sahəsində əməkdaşlıq barədə memorandumlar imzalayıb. Həmin ay Ermənistanın Hindistandakı səfiri Vahagn Afyan Hindistan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Vişveş Neqi ilə də görüş keçirib.

Mənbələrin məlumatına görə, İrəvan əvvəlcə Fransanın “Rafale” qırıcılarının alınmasında maraqlı olub. Amma 3 gün davam edən Pakistan-Hindistan müharibəsi zamanı “Sindoor əməliyyatı”nda qeyri-mükəmməl performans göstərməsi barədə yayılan iddialar Ermənistan hakimiyyətini fikrindən daşındırıb. Bundan sonra İrəvan Hindistan istehsalı olan “Sukhoi Su-30MKI” seçminə üstünlük verib.

Hazırda Ermənistan Hərbi Hava Qüvvələrinin arsenalında 2019-cu ildə alınmış rus istehsalı “Su-30SM” və sovet dövrünün “Su-25” təyyarələri var. Lakin bu təyyarələr dördüncü nəsil Çin-Pakistan istehsalı “JF-17C”lərə qarşı texnoloji baxımdan zəif sayılır.

“Sukhoi Su-30MKI” Rusiya şirkəti “Sukhoi” tərəfindən hazırlanıb və Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) müəssisəsində istehsal olunur.

Cavid,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar