İlk antibiotiklər icad edilməzdən çox əvvəl əcdadlarımız sağlamlıqlarını qorumaq və xəstəlikləri müalicə etmək üçün otlardan istifadə edirdilər. İmmunitet sistemini gücləndirməyə və bizi xəstəliklərdən qorumağa gəldikdə, bitki çayları gündəlik istifadə üçün təsirli və təhlükəsiz seçim idi. İmmunitet sistemini gücləndirmək üçün təbii bitki çayları çox vacibdir.
Dünyanın hər yerində insanlar minlərlə əsrlər boyu çay içirlər. Çoxsaylı araşdırmalar göstərir ki, müxtəlif çaylar immunitet sisteminizi gücləndirə, iltihabla mübarizə apara, hətta xərçəng və ürək xəstəliklərinin qarşısını ala bilər.
Bakupost.az qış ayları üçün ən faydalı bitki çaylarını təqdim edir:
Məkkəgülü çayı
Bəzi insanlar bu bitkini karkade, hibiskus kimi tanıyırlar.
Bu bitki çayının ürək-damar üçün çox faydalıdır. Çayın digər faydası LDL (pis) xolesterin səviyyəsini aşağı salmağa kömək etməsidir.
Zəncəfil çayı
Zəncəfilin kökündə əsas bioaktiv xəstəliklərlə mübarizə aparan antioksidant gingerol var. Zəncəfildə həmçinin B3 və B6 vitaminləri, dəmir, kalium və C vitamini kimi vitamin və minerallar da var.
Zəncəfilin immunitet sistemini gücləndirdiyi və iltihabla mübarizə apardığı bilinir.
İt burnu çayı
Tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini qoruyur və gücləndirir. Soyuqdəymə, qrip və revmatizm kimi xəstəliklərin təbii müalicəsində son dərəcə təsirlidir. Ancaq gündə üç stəkandan çox içmək təhlükəlidir. Çünki normadan artıq qəbul edildikdə dəridə qaşınma, ağızda və həzm sistemində qıcıqlanma kimi allergik reaksiyalara səbəb ola bilər.
Exinasea çayı
Exinasea bitki çayı yuxarı tənəffüs yollarının infeksiyalarının qarşısının alınması və müalicəsində faydalıdır. O, həmçinin immunitet sistemini dəstəkləyir. Bu bitki çayının təsiri suda həll olunan kofein turşusu törəmələrinin təsiri ilə bağlıdır. İnfeksiya, qrip, soyuqdəymə kimi xəstəliklərdə tez-tez istifadə olunur. Exinasea immunitet sistemi kifayət qədər güclü olmayanlar üçün vacib təbii əlavədir.
Rozmarinli limon çayı
Bu bitki kalsium, dəmir və fosfor mineralları ilə zəngindir. Rozmarin çayı yaddaşı gücləndirmək və konsentrasiyanı artırmaq qabiliyyətinə malikdir. Dəmlənmiş rozmarin çayının buxarını tənəffüs etmək baş ağrılarını və miqren ağrılarını aradan qaldırmaqda təsirli olur.
Kəklikotu çayı
Kəklikotu bitkisi üzərində aparılan tədqiqatlar bu bitkinin mikrob öldürücü təsirini göstərir. Antioksidant xüsusiyyətlərə malik olan kəklikotu gücləndirici, iltihab əleyhinə, ağrı kəsici, bəlğəmgətirici, immuniteti gücləndirən, mikroorqanizmləri öldürən təsirə malikdir.
Aygün
BakuPost
Müalicə bitkiləri haqqında