Ru
20:02 / 09 Yanvar 2026

Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötdü

Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötdü
Eye

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.

Bakupost.az xəbər verir ki, COMEX birjasında bu ilin fevral ayı tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.

Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb.
Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.

Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar