Ru
19:00 / 10 Aprel 2026

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub - FOTO

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub - FOTO
Eye

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Cəfərov Balazər Fazil oğlu və Ağayev Vüsal Ramiz oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Cəfərov üçün telefon təmiri, V.Ağayev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar