Ru
18:51 / 10 Aprel 2026

Zəngəzur dəhlizinin tikintisinə Qazaxıstan da qoşulur? - İrəvandan yeni addım

Zəngəzur dəhlizinin tikintisinə Qazaxıstan da qoşulur? -  İrəvandan yeni addım
Eye

Ermənistan deyəsən, Zəngəzur layihəsini ABŞ-nin yardımlarına baxmayaraq, reallaşdırmaqda çətinlik çəkir. Buna görə də yardım üçün üçüncü ölkə axtarışına çıxıb.

Bunun nəticəsidir ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan brifinqdə Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin tikintisi və onu idarə etmək üçün üçüncü ölkələrin köməyinə ehtiyacının olacağını bildirib.

Politoloq Zaur Məmmədov Bakupost.az-a bildirib ki, Rusiya ilə münasibətlər və ABŞ ilə İran arasında cərəyan edən proseslər fonunda İrəvan “Tramp layihəsi” ətrafında da manevr etməyə məhkumdur:

“Ermənistanda başa düşürlər ki, özünün Rusiya ilə münasibətindən, eyni zamanda ABŞ ilə İran arasında danışıqların nəticələrindən asılı olaraq bu və ya digər şəkildə manevr etməli olacaq”.

Ekspertin sözlərinə görə, region ətrafında baş verənlər birbaşa olmasa da, bilavasitə Zəngəzur dəhlizinə də təsir edir:

“Ermənistanın dəmir yolu Rusiyanın idarəsindədir. Paşinyan da bu fonda onlara yenidənqurma işlərinə başlamağı, ya da öz funksiyalarını yerinə yetirmirsə, bu işi Moskvaya dost olan üçüncü ölkəyə həvalə etməyi təklif edib. Üçüncü ölkə dedikdə də söhbət Qazaxıstandan gedir”.

A.Məmmədov düşünür ki, Qazaxıstan XİN rəhbərinin İrəvana səfərindən sonra sözügedən məsələ böyük ehtimalla öz həllini tapmaq üzrədir:

“Paşinyan da Qazaxıstan XİN rəhbərinin səfərindən dərhal sonra Astananın da həmin yolla əlaqədar müəyyən funksiyaya malik olması ilə bağlı bəyanat səsləndirdi. Deməli, məsələ Qazaxıstanla da müzakirə edilir. Hər bir halda vacib olan yolun açılmasıdır. Orada iki və hətta daha çox ölkə, ayrı-ayrı şirkətlər də ola bilər. Əsas tərəflərin öhdəlikləri yerinə yetirməsi və kimlərinsə bu yolun açılmasına maneə olmamasıdır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar