Ru
18:06 / 10 Aprel 2026

İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq

İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq
Eye

İranın keçmiş şahının oğlu Rza Pəhləvi ölkə əhalisinin uyğun vaxtda hakimiyyətə qarşı üsyan qaldıra biləcəyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bunu o, sosial mediada yazıb.

Pəhləvi qeyd edib ki, üsyan dərhal baş verməsə də, qaçılmazdır və uyğun vaxtda baş verəcək.

Qeyd edək ki, keçmiş şahzadə bundan əvvəl də İran hakimiyyətinə təzyiqin artırılmasına çağıran sərt bəyanatlar verib. Pəhləvinin sözlərinə görə, beynəlxalq müdaxilənin vacibliyini vurğulayan ölkələr İranda hakimiyyət əleyhinə mitinqlərə qoşulmalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar