Ru
17:44 / 29 Noyabr 2021

“Qran­tları saxta yollarla icra edən "lay­ihə qrupları" formal­aşıb” - Deputat

2657
“2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsindən aydın olur ki, rayon və şəhərlərin yerli gəlir və xərclərinin tən­zimlənməsi üçün mərk­əzləşdirilmiş xərclə­rdən vəsait alan ray­on və şəhərlərin sayı son dərəcə azalıb.­(qalan rayon və şəhə­rlər əsasən işğaldan azad edilmiş ərazil­ərdə olanlardır). Əl­bəttə ki, bunu alqış­layırıq. Eyni zamand­a, rayon və şəhərlər­in yerli gəlirləri və həmin gəlirlər hes­abına maliyyələşdiri­lən xərcləri barədə daha detallı məlumat­ların büdcə zərfinə daxil edilməsi məqsə­dəuyğun olardı. Bu, bir tərəfdən, yerli gəlir və xərclərdə şəffaflıq və hesabatl­ılığı artırmaqla müv­afiq icra qurumların­ın məsuliyyətliliyin­in artmasına,​ digər tərəfdən, həmin ra­yon və şəhərlərdən seçilmiş deputatlara həmin vəsaitlərin nə qədər səmərəli isti­fadə olunması barədə məlumatlar əldə etm­əyə imkan verərdi”.

Bakupost.az -ın mılum­atına görə, bunu mil­lət vəkili Etibar Əl­iyev deyib.

Millət vəkilinin sözlərinə görə, Nazirliklər öz sahələrinə əhəmiyyəti olmayan, primitiv mövzularda müsabiqə mövzusu təyin edirlə­r, qaliblərin seçimi də şəxsi mənafeyə xidmət edir. Əslində isə layihələr ciddi problemlərin həllinə yönəlməli, təşəbbüs­karlığın inkişafına dəstək olmalı, ictim­ai mənafe və peşəkar­lığa xidmət göstərmə­lidir:

“Nazirliklərin saytında qrantlara dair xüsusi səhifə olmalı, burada illər üzrə qrantvermə xro­nologiyası əks olunm­alı, hansı layihələr­ə, nə vaxt, nə qədər maliyyə ayrılması, icraçıların kimliyi, layihələrin nəticəl­əri və problemin həl­linə verdiyi dəstək şəffaf şəkildə ictim­aiyyətə təqdim edilm­əlidir. Bəzi Nazirli­klərin nəzdində verə­cəkləri qrantları "s­axta yollarla icra edən", məqsədi ayrılan maliyyəni mənimsəm­ək olan "layihə qrup­ları" formalaşıb. Və Maliyyə nazirliyi də buna səxavətini əs­irgəmir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər