Ru
14:23 / 25 Oktyabr 2021

“Qubadlılar müasir Qubadlıya qayıdacaqlar...” - Millət vəkili

3472
“Qubadlının azad olunması şanlı ordumuzun qələbəsini daha da yaxınlaşdırdı”.

Bunu Bakupost.az -a millət vəkili Azər Badamov Qubadlının işğaldan azad olunmasının bir illiyi ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, Qubadlı Ermənistanla sərhəddə yerləşdiyindən bu rayonun azad olunması ilə Azərbaycan əsgəri Ermənistan sərhədinə gəlib çatmış oldu:



“Eyni zamanda Qubadlının azad olunması ordumuzun mövqelərini Laçın dəhlizinə yaxınlaşdırdı. Bu dəhlizin nəzarətimizə keçməsi, Şuşanın işğaldan azad olunmasına və ümumi şəkildə keçmiş Dağlıq Qarabağa gedən əsas arteriyanın qırılmasına gətirmişdır. Qubadlı rayonu düşmənə strateji mövqelərini möhkəmlətməsi baxımından vacib idi. Amma Qubadlının işğaldan azad olunması erməni ordusunun məhv olması demək idi”.


Millət vəkili qeyd edib ki, Qubadlı gözəl təbiətinə və iqtisadi potensialına malik rayondur:



“Bu rayonun təbii ehtiyatları, kənd təsərrüfatı və turizm potensialı gələcəkdə ölkəmizin iqtisadi gücünün artmasına rəng qatacaqdır. Artıq bir ildir ki, Qubadlı azaddır. Qubadlı şəhərinin baş planı təsdiq olunacaq. 27 il qaçqın həyatını yaşamış qubadlılar, yenidən qurulmuş müasir Qubadlıya qayıdacaqlar. Müəyyən ərazilər minalardan təmizlənib, təhlükəsizlik təmin olunandan sonra bu rayonda böyük tikinti layihələri icra olunacaq. Ermənilərin taladıqları və dağıtdıqları Qubadlının tarixi, mədəni, ictimai abidələri yenidən bərpa olunacaq. Qubadlı Şərqi Zəngəzur iqtisadi rayonunun bir ərazisi olaraq müasirliyə qovuşmuş yeni bölgəmiz olacaq”.

Fəridə Söhrabqızı
BakuPost
Şərhlər
  • t.ədalət

    Bizə müasir Qubadlı yox,tarixi keçmişi olan,min illərin yadigarları ilə naxışlı Qubadlı lazımdır.Yurd yerlərini "ağıllı" obyektlərə çevirib tariximizi zədələyirik.Məsələn,Xanlıqda şəhər yaratmaq olar.Ancaq ermənilərə və rus cəlladlarına qarşı döyüşlərdə Qaçaq Nəbinin dəstəsinin izlərini itirmək olmaz.Biz tariximizi yaşatmaqla böyük ola bilərik.Tarixi yurd yerlərini müasirləşdirməklə,onsuz da ərazilərimizi ələ keçirməyə çalışan ermənilərə dəstək vermiş oluruq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər