Ru
12:31 / 28 Avqust 2025

“Sizin üçün xoşbəxtik...” - “Braqa”dan “Qarabağ”la bağlı təsirli paylaşım - VİDEO

“Sizin üçün xoşbəxtik...” - “Braqa”dan “Qarabağ”la bağlı təsirli paylaşım - VİDEO
Eye

Portuqaliyanın “Braqa” klubu Azərbaycan təmsilçisi “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsini xüsusi bir jestlə təbrik edib.

Bakupost.az xəbər verir ki, klubun rəsmi “TikTok” hesabında yayımlanan paylaşımda məşhur filmdən emosional ağlama səhnəsi göstərilib və üzərinə bu sözlər yazılıb:

“Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm.”

Videonun açıqlama hissəsində isə əlavə olunub:

“Sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik.”

Bu təbrik azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Şərhçilər “Braqa”nın hələ də “Qarabağ”ı unutmadığını və Azərbaycan klubunun uğuruna səmimi sevindiyini bildiriblər.

Xatırladaq ki, ötən mövsüm UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” məhz “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

@scbraga_oficial Happy for you, guys. We’ve come a long way… ????❤️‍???? #SCBraga #ProudDad #Qarabag #ChampionsLeague #TikTokDesporto ♬ Interstellar Available on Apple TV - Paramount Pictures


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar