Ru
09:43 / 18 Dekabr 2025

Rostov limanında tanker vuruldu – Ölən və yaralananlar var – VİDEO

Rostov limanında tanker vuruldu – Ölən və yaralananlar var – VİDEO
Eye

Bu gecə Rusiyanın Rostov-Don limanında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində tanker zərər görüb.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, zərbə nəticəsində “Valeriy Qorçakov” tankerində yanğın baş verib, hadisə zamanı ölən və yaralananlar olub.

Hadisədən sonra liman ərazisində fövqəladə rejim tətbiq olunub, yanğının söndürülməsi üçün xilasedici qüvvələr cəlb edilib. Rəsmi şəxslər neft məhsullarının dənizə sızmasının qarşısının alındığını bildirir.

Eyni vaxtda Bataisk şəhərində də partlayış səsləri eşidilib. Məlumata görə, hücumdan sonra şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb. Zərərin miqyası və itkilərin dəqiq sayı hazırda dəqiqləşdirilir.

Hadisə ilə bağlı rəsmi qurumlar araşdırmanı davam etdirir.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar