Ru
17:15 / 19 Avqust 2025

Rusiya 2 metr böyüdü

Rusiya 2 metr böyüdü
Eye

"Rusiyada iyulun 30-da baş verən zəlzələdən sonra Kamçatka 2 metr cənub-şərqə – okeana tərəf sürüşüb. Bununla, əslində, ölkəmizin ərazisi də genişlənib. Hətta Vladivostok belə 5 sm yerdəyişmə edib!"

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun paleoseysmologiya və paleogeodinamika laboratoriyasının müdiri, geologiya-mineralogiya elmləri doktoru Andrey Korjenkov “Komsomolskaya pravda” radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş verın güclü zəlzələ zamanı Sakit okean plitəsi Oxot dənizi plitəsinin altına keçib:

"2 metrlik sürüşmə belə bir zəlzələ üçün çox olmasa da, ciddi göstəricidir. Kosmik müşahidələrə əsasən, Oxot dənizi plitəsi ilə birlikdə Kamçatkanın cənub hissəsi hər il 35 mm sürətlə cənub-şərqə hərəkət edir. Lakin son zəlzələdə birdən-birə 2 metrlik yerdəyişmə baş verdi".

Ayxan,
BakuPost

Şərhlər
  • Yetmalı

    Boyunuzu yerə soxuuuuuum!!!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar