Ru
10:26 / 02 Sentyabr 2025

Rusiya, Çin və Hindistanın birliyi Trampa mesaj oldu

Rusiya, Çin və Hindistanın birliyi Trampa mesaj oldu
Eye

Çin, Rusiya və Hindistan liderləri regional sammitdə əl-ələ tutaraq əməkdaşlıq edəcəklərinə söz veriblər. Bu, qismən də olsa ABŞ Prezidenti Donald Trampa qarşı yönəlmiş birlik nümayişi kimi qiymətləndirilir.

Bakupost.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məqalədə bildirilir ki, İran, Pakistan, Türkiyə, Belarus, Mərkəzi Asiya və Qafqaz ölkələrinin liderlərinin də iştirak etdiyi Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində ciddi qərarlar qəbul olunmayıb.

“Amma Çin lideri, Hindistanın Baş naziri və Rusiya Prezidentinin bir-birini qucaqlayaraq nümayiş etdirdiyi diqqətlə düşünülmüş görüntülər Vaşinqtona güclü siqnal oldu. Çünki Tramp Pekini cilovlamağa, Rusiyanı Çindən ayırmağa və Hindistanı Rusiya neftindən uzaqlaşdırmağa çalışır”, – WSJ yazır.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar