Sergey Markovun “xarici agent” elan edilməsinə onun “xarici agent” kimi tanınmış şəxslərin, eləcə də Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən təşkilatların məlumat və materiallarının hazırlanması və yayılmasında iştirakı səbəb olub.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, siyahıya Buryatiyadan olan hüquq müdafiəçisi Radjana Dugarova, Rus Pravoslav Kilsəsinin nümayəndəsi protoierey Andrey Kordoçkin, bloqçu Dmitri Nyuberg, həmçinin “Alif TV” və “Tamizdatproject.org” adlı layihələr də əlavə edilib.
Xatırladaq ki, son illər Rusiya hökuməti “xarici agent” qanunvericiliyini sərtləşdirib. Bu status həmin şəxslərin maliyyə mənbələrinə, fəaliyyətinə və ictimai mövqeyinə ciddi məhdudiyyətlər qoyur, həmçinin onlara qarşı ictimai qınağı artırır.