Ru
17:58 / 22 Avqust 2025

Ebru Gündeşin bu əri də saxlanıldı - FOTO

Ebru Gündeşin bu əri də saxlanıldı - FOTO
Eye

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdemir Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayət təşkilatına üzv olmaqda ittiham edilir.

Müxtəlif istiqamətlərdə aparılan istintaq hərəkətlərinin təfərrüatlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilib.

Qeyd edək ki, Ebru Gündeşin keçmiş əri olan iş adamı Rza Zərrab da 2016-cı ildə ABŞ-də çirkli pulların yuyulmasında ittiham edilərək həbs olunmuşdu.

Xatırladaq ki,Ebru Gündeş Murat Özdemirlə bu ilin fevralında ailə qurub. Bu, Ebrunun 4-cü evliliyidir.

Ebru Gündeşin bu əri də saxlanıldı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar